waplog

“Huawei” və “Honor” qurğularından istifadə edənlərin sayı 700 milyon olub


Çində keçirilmiş internet-konfransda “Huawei” və “Honor” brendlərinin nümayəndələri bildiriblər ki, şirkətlərin texnikasından istifadə edənlərin sayı il ərzində 33% yüksəlib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Huawei” və “Honor” qurğularının sahiblərinin ümumi sayı 700 milyon olub.

 

Bundan başqa, şirkətlərin nümayəndələri bildiriblər ki, “AppGallery” proqramlar mağazasına və “HMS” xidmətlər ekosisteminə 1,6 milyondan çox proqramçı qoşulub. İl ərzində 76% artım qeydə alınıb. Məsələn, şirkət proqramçıları cəlb etmək üçün “AppGallery”də proqram alışı üçün komissiyadan imtina edib və proqramçılar üçün büdcəsi 1 milyard dollar olan konkurs başladıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL