waplog

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi ödəmə terminalları vasitəsilə mümkün olacaq


Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi üzrə xidmət Paypoint ödəmə terminalı vasitəsilə mümkün olacaq. Bu barədə "Komtec" (ödəmə sistemlərinin texniki mərkəzlərinin quraşdırılması və servis dəstəyi) şirkətinin layihə üzrə meneceri Səbinə Mirzəyeva bildirib.

Mirzəyevanın sözlərinə görə, xidmətdən istifadə yaxın vaxtlarda mümkün olacaq, bununla əlaqədar bu gün sistemin proqram təminatı üzrə texniki işlər göstərilir.

"Biz, həmçinin, ödəmə terminalları vasitəsilə kreditlərin ödənilməsi xidmətini təqdim etməyi planlaşdırırıq və bəzi yerli banklarla danışıqlar aparırıq. Xidmətlərindən əhalinin daha aktiv faydalandığı banklara üstünlük veriləcək.

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi üzrə xidmətlə yanaşı, bu xidmətin gələn ilin əvvəlində tətbiqi planlaşdırılır", - Mirzəyeva deyib.

Paypoint terminalları kommunal xərclərin, stasionar və mobil telefoniya, internet, kabel televiziyası xidmətlərinin ödənişi üçün nəzərdə tutulub.

Terminallar qazdan istifadəyə görə ödənişlər üçün istifadə olunan smart-kartların yüklənməsi qurğuları ilə də təchiz olunub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL