waplog

“Qualcomm”un istehsalı olan çiplərdə boşluqlar aşkar edilib


“Check Point” şirkətinin mütəxəssisləri “Qualcomm”un istehsalı olan çiplərdə 400-dən çox boşluq aşkar ediblər. Bu boşluqlar “Android” sisteminin idarəetməsi altında işləyən smartfon istifadəçilərini izləməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, bu çiplər (rəqəmli siqnal prosessoru, DSP) “Google”, “LG”, “Samsung”, “Xiaomi”, “OnePlus” və başqa şirkətlərin məhsuldar telefonları daxil olmaqla dünyada mövcud olan smartfonların 40%-dən çoxuna quraşdırılıb. DSP çipləri boşluğa meyillidir.
 
"Smartfon istifadəçini izləyə bilər. Cinayətkarlar istifadəçinin hər hansı müdaxiləsi olmadan smartfonu mükəmməl casus alətinə çevirə bilərlər. Onlar qurğuda əlçatan olan bütün informasiyanı (şəkil, video, zənglərin  yazısını, real vaxtda mikrofonun məlumatlarını, GPS məlumatlarını və sairi ələ keçirə bilərlər" –  sənəddə deyilir.
 
"Qualcomm şirkəti problemi aradan qaldırsa da, bu, təəssüf ki, son deyil. Yüz milyonlarla smartfon təhlükə altındadır. İnsanları izləmək olar. İnsanlar öz məlumatlarını itirə bilərlər. Bizim araşdırmamız mobil dünyanın mürəkkəb ekosistemini göstərir. Xoşbəxtlikdən, bu dəfə biz bu problemləri aşkar edə bildik. Amma biz hesab edirik ki, bütün fəsadları aradan qaldırmaq üçün aylar, hətta illər lazım olacaq. Belə boşluqlar aşkar edilərək cinayətkarlar tərəfindən istifadə edilsə, milyonlarla smartfon istifadəçisi uzun müddət ərzində müdafiəsiz qalacaq" – “Check Point” şirkətinin kiberaraşdırmalar bölməsinin rəhbəri Yaniv Balmas deyib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL