waplog

Yeni “iPhone” smartfonlarının təqdimat tarixi açıqlanıb


"iPhone 12" seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək. Qurğuların buraxılış müddəti barədə "Apple" məhsulları haqqında əvvəlcədən məlumat verməsi ilə məşhurlaşan Con Prosserin "Twitter" hesabında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, onun sözlərinə görə, bu il "Apple" iki böyük təqdimat keçirəcək. Sentyabrın 7-də şirkət tərəfindən yeni "Apple Watch" saatı və "iPad" planşeti təqdim ediləcək. Qurğular barədə informasiya şirkətin saytında dərc olunacaq. Oktyabrın 12-də "iPhone 12" seriyalı smartfonların nümayiş ediləcəyi "Apple" təqdimatı olacaq. Bloger payızda şirkət tərəfindən hansı planşet və saat modellərinin nümayiş ediləcəyini açıqlamayıb.  
 
Məlumata görə, yeni smartfonlar üçün ilkin sifarişlərin qəbuluna təqdimat günü başlanılacaq, lakin yalnız qabaqcıl modelləri sifariş etmək mümkün olacaq. "iPhone 12" seriyalı qurğular satışa oktyabrın 19-da çıxarılacaq. Blogerin fikrincə, bu il "iPhone 12 Pro" smartfonlarının buraxılışı noyabradək yubanacaq. Smartfon üçün ilkin sifarişlərin qəbulu və satışa çıxarılma tarixi barədə məlumat verilmir.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL