waplog

Yeni “iPhone” çexollarda nümayiş etdirilib


Rəsmi təqdimat öncəsi yeni “iPhone” smartfonu çexollarda nümayiş etdirilib. Şəkilləri “9to5mac” nəşri yerləşdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şəkilləri artıq “iPhone 12” və “iPhone 12 Pro” üçün aksesuarları nümayiş etdirən istehsalçılar təqdim ediblər. Qeyd edilir ki, modellərdən biri öz ölçüsünə görə köhnə “iPhone 4” modelini xatırladır.
 
“Apple”ın qabaqcıl qurğusu 5 ölkədə ən populyar smartfon olub. 2020-ci ilin aprelində ABŞ bazarında “iPhone 11” smartfonunun bazar payı 16% təşkil edib. Aparat, həmçinin Çin, Böyük Britaniya, Almaniya və Yaponiya bazarlarında lider olub.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL