waplog

“LG” şirkəti yeni “NVIDIA” videokartlı “8K” televizorlar təqdim edib


“LG” şirkəti məxsusi olaraq 3 mininci seriyalı yeni “NVIDIA” videokartları üçün hazırlanan “8K” standartlı ilk televizorlar təqdim edib.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “8K” təsvir ölçülü yeni “OLED” televizorlar seriyası 33 milyondan çox işıqsaçan pikselli ekranlarla təchiz edilib. Vacib xüsusiyyətlər arasında ən yeni “HDMI” spesifikasiyalarının – “Variable Refresh Rate” (VRR) dəyişkən tezlik yeniləməsi və “Auto Low Latency Mode” (ALLM) avtomatik aşağı yubanma rejiminin dəstəyi qeyd olunur.
 
Məlumata görə, televizorlarda “8K” kontentinin saniyədə 60 kadr sürətlə göstərilməsi üçün 48 Qbit/saniyəyədək buraxılış qabiliyyətini təmin edən üçüncü nəsil “α9” prosessorundan istifadə edilib. Bundan başqa 16-cı “GeForce GTX”, 20-ci “RTX” və 30-cu “RTX” seriyalı videokartlardan istifadə zamanı görüntü pozulmasını aradan qaldırmağa imkan verən “NVIDIA G-Sync” texnologiyasının dəstəyi tətbiq olunub.
 
Yeni televizorların digər xüsusiyyətləri arasında eyni anda iki “Bluetooth” kolonkasının qoşulması üçün “Dolby Atmos”, “BT Surround” həcmli səs dəstəyi, “LG AI Acoustic Tuning” kompüter təlimindən istifadə etməklə səsin avtomatik sazlanması və səsli idarəetmə kimi “LG ThinQ” intellektual funksiyaları vurğulanır.
 
Televizorların buraxılış müddəti və qiymətləri bir müddət sonra açıqlanacaq.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL