waplog

Mütəxəssislər ən məhsuldar ucuz smartfonun adını elan ediblər


Mobil qurğuların məhsuldarlığını qiymətləndirən “AnTuTu” xidmətinin məlumatına görə, qiyməti 239 dolları ötməyən ucuz smartfonlar arasında məhsuldarlıq reytinqində birinci yeri “Xiaomi Redmi Note 8 Pro” smartfonu tutub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, smartfonda quraşdırılmış “MediaTek Helio G90T” prosessorunun məhsuldarlığı əksər müasir 3D oyunlar üçün kifayətdir. Həmçinin mütəxəssislər bu qiymət diapazonunda olan cihazlar üçün nadir olan 64 mp-lik kameraya diqqət yönəldiblər.
 
Reytinqə, həmçinin “Redmi 9”, “Redmi K30 5G”, “Honor 9x”, “Redmi K30i 5G”, “Redmi 10x 5G”, “Honor Play 4T Pro”, “Redmi K30” və “Vivo Y5s” smartfonları daxil edilib.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL