waplog

“Nokia” şirkəti 4 kameralı “5G” smartfonunu təqdim edib


“Nokia” şirkəti “Nokia 8.3 5G” adlı smartfonunu təqdim edib. Adından məlum olduğu kimi, qurğu beşinci nəsil şəbəkələrində işləyir. Bundan əlavə, ZEISS optikalı 4 kameraya malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Nokia 8.3 5G” aparatı FullHD təsvir ölçülü 6,8 düym diaqonala malik ekranla təchiz edilib. Əsas kamera 64 mp, 12 mp, 2 mp və 2 mp-lik (dərinlik və makrokamera datçiki) sensorlardan ibarətdir. Ön kameranın təsvir ölçüsü 24 mp-dir. Qurğu ekşn kamera rejimində video çəkə bilər. Həmçinin film çəkilişi rejimi var: istifadəçi müxtəlif effektlər əlavə edə bilər.

 

Smartfon “Snapdragon 765G” prosessoru ilə işləyir. Qurğu 4500 milliamper/saat tutumlu akkumulyatora malikdir. “Nokia 8.3 5G” aparatı “Android 10” sisteminin idarəetməsi altında işləyir, amma sonra “Android 11”ə yenilənəcək. Smartfon 8 QB əməli yaddaş və 128 QB daxili yaddaş və 6 QB 64 QB olan versiyalarda əlçatandır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL