waplog

“iPhone” üçün bərpaedici ekran ixtira olunub


“Apple” şirkəti bükülən smartfonların ekranları üçün patent hüququ alıb. Bu barədə “9to5mac” nəşrinin ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin saytına istinadən məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ixtiranın təsvirinə görə, adətən displeylər korpus hissələri hərəkətli smartfonlara quraşdırılan zaman tədricən sıradan çıxan möhkəm altlığa malik olur. “Elektron qurğunun xarici görünüşünü yaxşılaşdırmaq üçün cızıq və əziklərin sayını minimuma endirmək lazımdır”, – sənəddə qeyd olunur. İxtira müəlliflərinin sözlərinə görə, bunun üçün ekranlar xüsusi bərpaedici təbəqəyə malik olmalıdır.

Plana görə, bu növ ekran komponenti istifadəçinin iştirakı olmadan displey səthini düz şəklə salaraq onun cızıq və büzmələrini aradan qaldırmalıdır. Şirkət mühəndisləri tərəfindən iki senari təsvir olunub: birinciyə görə, ekranın bərpası daim baş verir. İkinciyə görə, əlavə təbəqə istilik və işığın təsiri altında, məsələn, “iPhone” modelinin enerji ilə doldurulması zamanı hamarlanmağa başlayır.

Patent “USPTO” saytında oktyabrın 1-də dərc olunub. Məlumata görə, “Apple” patent üçün müraciəti 26 mart 2019-cu ildə edib.

Payızın əvvəlində məşhur bloger “Ice Universe” bildirib ki, “Apple” yaxın ildə ilk bükülən “iPhone” buraxa bilər. Mütəxəssisin məlumatına görə, ABŞ şirkəti artıq “Samsung Display”ə elastik ekranlar sifariş verib. Şirkətlər arasında saziş bir il müddətinə imzalanıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL