waplog

“ Telefon danışıqları üçün vaxt hesabı ödəniş zamanın tələbidir”


“Telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqi zamanın tələbidir”. Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycandakı bütün telefon şəbəkələri elektronlaşdırılıb. Bunun nəticəsi olaraq, telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqi zəruriliyi yaranır ki, bu gün bu, bütün dünyada baş verir.

"Bir telefon xətti üçün daxil olan zənglər üzrə 450 dəqiqə limit nəzərdə tutulub. Lakin gedən zənglər də nəzərə alınarsa, bu ümumilikdə 900 dəqiqə təşkil edir ki, bu da bir telefon xətti üçün o qədər də az deyil. Limitdən yuxarı hər bir əlavə dəqiqə üçün isə 0,01 manat qiymət təklif olunur", - Abbasov deyib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL