waplog

Karbon naqillər kompüterləri min dəfə sürətləndirməyə imkan verəcək


Müasir kompüterlərdə tranzistorlar silisiumdan hazırlanır. Alimlərin fikrincə, bu materialın karbonla əvəz edilməsi kompüterlərin məhsuldarlığını 100, hətta 1000 dəfə sürətləndirmək imkanına malikdir. Amerikalı alimlər qrupu karbon tranzistorlarının hazırlanması üçün sonuncu elementin yaradılmasını elan edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, Kaliforniya Universitetindən olan kimyaçı və fiziklərdən ibarət komanda tamamilə karbondan hazırlanmış metal naqilin yaradılması haqqında məlumat verib. Bu detal karbon əsasında tranzistorların istehsalına başlamağa imkan verən alətlər arsenalında sonuncusu olub. Tədqiqatçılar yeni texnologiya üzərində bir neçə il işlədiklərini bildiriblər və nəticədə onlar qrafen nanolentlərdən yarımkeçirici və izolyatorlar hazırlamağa müvəffəq olublar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL