waplog

Cənubi Koreyada addımlayan elektromobil konsepti reallaşdırılacaq


Cənubi Koreyanın “Hyundai” şirkəti maksimal keçilə bilmə qabiliyyətinə malik nəqliyyat vasitələrinin (Ultimate Mobility Vehicles – UMV) hazırlanması ilə məşğul olacaq “New Horizons Studio” adlı ayrıca bölmə yaradıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, yeni bölmənin ilk layihəsi ilk dəfə “CES 2019” sərgisində nümayiş olunan “Elevate” xizəkli-tırtıllı avtomobili olacaq. Avtomobil robotlaşdırılmış ayaqlara bərkidilən dördtəkərli elektrik ötürücü ilə təchiz ediləcək. Adi elektromobil rejimində hərəkət edəcək “Elevate” zərurət yarandıqda ayaqlarını açaraq 1,5 metr hündürlüyündə maneələri dəf edəcək.

 

Tərtibatçılar tərəfindən “Elevate” və sonrakı məhsullar qeyri-ənənəvi örtüklü yollar və yolsuzluqla səyahət, eləcə də avtomobillərin əvvəllər gedə bilmədiyi yerlər üçün avtomobillər kimi təqdim edilir.

 

Şirkətin məlumatına görə, “Elevate” teleskopik “ayaqlar” vasitəsilə xizəkli-tırtıllı avtomobil kimi təbii fəlakətlər zamanı təcili xidmətlər üçün insan həyatlarını xilas edəcək. Məhdud imkanlı insanlar isə pandus mövcud olmadıqda avtomobili birbaşa evə çağıra biləcəklər. Öz növbəsində “Elevate” əlil arabasında olan insanın salona daxil olması üçün qapıya yaxınlaşaraq özünü döşəməyə uyğun sazlayacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL