waplog

“Xiaomi” akkumulyatorun simsiz üsulla enerji ilə doldurulması üçün ən sürətli texnologiya təqdim edib


Ən böyük smartfon tədarükçülərindən biri olan Çinin "Xiaomi" şirkəti dünyada akkumulyatorun simsiz üsulla enerji ilə doldurulması üçün ən sürətli texnologiya təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən yazır ki, "Xiaomi" şirkəti 3 ilə yaxındır ki simsiz enerjidoldurma texnologiyasının tətbiqi ilə məşğuldur.

 

Yeni simsiz texnologiya 80 vattadək gücü təmin edir. Sistemin işi "Mi 10 Pro" smartfonunun nümunəsində göstərilib.

 

4000 milliamper/saat tutumlu akkumulyator simsiz üsulla 8 dəqiqə ərzində 50% enerji ilə doldurula bilər. Batareyanın 100% enerji ilə doldurulmasına 19 dəqiqə lazım olacaq.

 

Texnologiya haqqında başqa məlumat hələ ki açıqlanmır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL