waplog

Bankomat və post terminalları sayı artıb


Azərbaycanda nəğdsiz ödənişin tətbiqinin genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, hazırda  paytaxt Bakı və regionlar üzrə  bankomatların sayı 2 min 73-dür .

Məkəzi Bankdan verilən məlumata görə, bu  ötən ilin müvafiq dövrü ilə müqayisədə 205 ədəd çoxdur.  Bankomatların 1.154-ü Bakıda, 919-u digər şəhər və rayonlarda yerləşir.

Pos-terminallar 12 min 477 ədəddir. Pos-terminalların 11 min 463-ü Bakıda, 1.014-ü isə digər regionlarda yerləşir.Dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 9 faiz artaraq 4 milyon 471 minə çatıb.

Qeyd edək ki, “Azərpoçt”MMC də bu sahədə nailiyyətlər əldə edib. Bakı şəhərində bankomat və post terminallar quran müəssisə artıq regionlarda da uyğun tədbirlərə başlayıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL