waplog

“OnePlus” şirkəti maraqlı funksiyalara malik ucuz smartfonlarını təqdim edib


“OnePlus” şirkəti 2 ucuz smartfon modelini (“OnePlus Nord N10” və “N100”) təqdim edib. Cihazlar bu brend üçün tipik olmayan funksiyalar və “Qualcomm” şirkətinin yeni prosessorları ilə təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Nord N10 5G” adlı böyük model “Snapdragon 690” prosessoru ilə təchiz edilib və beşinci nəsil mobil şəbəkələrində işləyə bilir. 6,49 düymlük IPS displey 2400x1080 piksel təsvir ölçüsünə və 90 hers yeniləmə tezliyinə malikdir. Kvadrokamera 64 mp-lik əsas sensor, 8 mp-lik genişbucaqlı və 2 mp-lik 2 köməkçi sensordan ibarətdir.

 

“Nord N100” modeli “Snapdragon 460” prosessoru ilə təchiz edilib. 6,52 düymlük ekranın təsvir ölçüsü 1600x720 piksel təşkil edir. Əsas kamera 13, 2 və 2 mp-lik sensorlardan ibarətdir.

 

Avropada satışa çıxarılacaq böyük modelin qiyməti 350 avro, kiçik modelin qiyməti isə 200 avro təşkil edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL