waplog

2020-ci ilin sonunadək “Apple” korporasiyası yeni “Mac” kompüterlərini nümayiş etdirəcək


2020-ci ilin sonunda “Apple” şirkəti yeni “Mac” kompüterlərini təqdim edəcək. “macOS Big Sur 11.0.1” əməliyyat sisteminin beta-versiyasında aşkar edilmiş kod sətirləri buna işarə edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, oktyabrın 29-da şirkətin maliyyə durumu haqqında hesabat verən “Apple” şirkətinin baş direktoru Tim Kuk da yeniliklər barədə danışıb. O deyib ki, “Apple” bu il bir neçə yeni məhsul da təqdim edəcək, amma məhsulların adını açıqlamayıb.
 
İnsayder Mark Qurman “iPhone 12” smartfonun təqdimatından əvvəl “Apple”ı noyabrda keçiriləcək üçüncü payız təqdimatı barədə məlumat vermişdi. Onun fikrincə, şirkət yeni kompüterlərini, həmçinin “ARM” prosessorla təchiz edilmiş “MacBook Pro” noutbukunu təqdim edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL