waplog

“8K” dəstəkli “Xiaomi” televizor qurğusu buraxılıb


“Xiaomi” şirkəti yeni “Mi Box 4S” televizor qurğusundan sonra onun videonu “8K” formatında göstərmə imkanına malik “Pro” versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Xiaomi Mi Box 4S Pro” brendin videonu “8K” təsvir ölçüsündə translyasiya edən ilk televizor qurğusudur. Əsas versiya kimi yeni qurğu 2 giqabaytlıq operativ yaddaşla təchiz edilsə də, quraşdırılmış yaddaş tutumu iki dəfə – 16 giqabaytadək artırılıb. Təsvirin göstərilməsi üçün qurğunun korpusunda “HDMI 2.1” portu nəzərdə tutulub. İstehsalçı tərəfindən təqdimat zamanı modelin prosessoru barədə məlumat verilməyib.

 

Qurğu “Wi-Fi” və “Bluetooth” simsiz rabitə modulları, səsli idarəetmə funksiyalı pult, eləcə də kənar qurğuların qoşulması üçün “USB” çıxışı ilə təchiz edilib. Əməliyyat sistemi qismində “MIUI for TV” proqram təminatından istifadə olunub.

 

“Xiaomi Mi Box 4S Pro” televizor qurğusunun Çində qiyməti 60 dollar təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL