waplog

“4K” formatlı “Nokia” televizorları nümayiş olunub


“Nokia” şirkəti orta büdcəli və büdcəli seqmentlərdə “Android” əməliyyat sistemli televizorların çeşidini artırmaqda davam edərək bir neçə yeni qurğu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni qurğular arasında 43-75 düym diaqonallı bir neçə televizor modeli yer alıb. Bütün modellər “4K” təsvir ölçülü və “HDR” texnologiyasını dəstəkləyən matrisalarla təchiz edilib. Qurğular “Google Play” proqramlar mağazasına malik “Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Dəstdə “Google Assistant” səsli köməkçi funksiyanın sürətli qoşulması üçün klavişə malik distansiyadan idarəetmə pultu nəzərdə tutulub.

 

“Nokia” nümayəndələrinin sözlərinə görə, bütün qurğuların qiyməti ucuzdur. Televizor matrisalarının yeniləmə tezliyi 9,5 millisaniyə çağırış vaxtı ilə 60 giqahers təşkil edir. Qoşulma portları qismində dörd “HDMI” portu təklif edilir. Maksimum ucuz televizorun alışında maraqlı olan istifadəçilər üçün şirkət üç “HDMI” çıxış və “HDR” dəstəkli 32 düymlük “Full HD 3200A” modelini hazırlayıb. Bütün seriyanı smartfon vasitəsilə idarə etmək mümkündür.

 

Daha bir yenilik “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Streaming Box 8000” televizor qurğusudur. “4K” formatlı kontentin göstərilməsi üçün nəzərdə tutulan qurğu televizorun əsas imkanlarını genişləndirmək istəyən istifadəçilər üçün uyğundur. Qurğu “Google” səsli köməkçi funksiyası ilə uyğunluq təşkil edir. Ondan dəstə daxil olan pult vasitəsilə istifadə etmək olar.

 

“Streaming Box 8000” televizor qurğusunun Avropada qiyməti 99 avroya bərabərdir. Yeni televizorların qiyməti açıqlanmayıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL