waplog

“Xiaomi” şirkəti rubik kubu ölçüsündə ucuz kompüter təqdim edib


“Xiaomi” şirkəti ucuz qiyməti və yığcamlığı ilə seçilən “Ningmei Rubik's Cube Mini” adlı yığcam fərdi kompüter təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “unian.net” saytına istinadən yazır ki, qurğunun ölçüsü 62x62x42 mm, çəkisi isə 145 qr təşkil edir.

 

Qurğu maksimal takt tezliyi 2,7 QHs olan “Intel J4125” platforması əsasında işləyir. Dördnüvəli prosessor daxili “Intel UHD600” qrafik sürətləndiricisi ilə işləyir. Kompüter 6 və ya 8 QB əməli yaddaş, 128 və ya 256 QB-lıq SSD yaddaşa malik versiyalarda tədarük edilir.

 

Qurğu noutbuklarda tətbiq edilən kiçik turbin vasitəsilə soyudulur.

 

Kompüter “HDMI” portu, həmçinin “USB 3.0” konnektorları və enerji doldurmaq üçün bir ədəd “USB-Type C” ilə təchiz edilib.

 

“Rubik's Cube Mini” qurğusunun standart versiyasının (6/128 QB) qiyməti 149 dollar, böyük versiyanın (8/128 QB) qiyməti isə 186 dollar təşkil edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL