waplog

İndi “Google”un xəritəsində zəng etmək, mesaj göndərmək və musiqi dinləmək mümkündür


İndi "Google"un xəritəsində dostlarla ünsiyyət saxlamaq və ya musiqi dinləmək imkanı əlçatan olub. Proqramın yeni rejimi bu işdə istifadəçilərə kömək edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, indi "Google"un xəritəsi artıq zənglərə cavab verməyə, mesaj göndərməyə və musiqi dinləməyə imkan verir. Yeni yeniləmə öncə "Android" sisteminin idarəetməsi altında işləyən smartfonlarda əlçatan olacaq. Bu, istifadəçilərə diqqətlərini yola cəmləməyə imkan verəcək, "Google Assistant" isə bu vaxt digər işlərdə kömək edəcək. Bu o deməkdir ki, istifadəçi əlini sükandan çəkmədən və diqqətini yoldan ayırmadan səsli şəkildə zəng edə və zəngləri qəbul edə, mətn mesajları göndərə və onları dinləyə, musiqini idarə edə biləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL