waplog

Analitiklər dünyada ən çox satılan “5G” smartfonlarının adını açıqlayıblar


“Counterpoint Research” analitik şirkəti 2020-ci il payızın əvvəlinə olan vəziyyətə görə, beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən smartfonların satış statistikasını dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, hesabat dövründə “5G” smartfon bazarının 5%-nə sahib “Samsung Galaxy Note 20 Ultra” cihazı satış lideri olub. Qabaqcıl “HUAWEI P40 Pro” aparatı (4,5%) ikinci yeri tutub. Çinin texnologiya nəhənginin daha bir qurğusu, orta qiymət kateqoriyasına məxsus “HUAWEI nova 7” üçüncü pillədə qərarlaşıb. İlk onluğa hər iki brendin başqa modelləri də daxil edilib: “Samsung Galaxy S20 ” və “Galaxy Note20”, həmçinin “HUAWEI P40”. Bundan başqa, reytinqdə “vivo”, “OPPO” və “HONOR” istehsalı olan smartfonlar da yer alıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL