waplog

“Huawei” şirkəti “ARM” prosessorla təchiz edilmiş ilk masaüstü kompüterini təqdim edib


“Huawei” şirkəti öz istehsalı olan prosessorla təchiz edilmiş ilk masaüstü kompüterini istifadəyə verməyə hazırlaşır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “MateStation B515” adlandırılmış fərdi kompüter “HiSilicon” tərəfindən hazırlanmış və 7 nm-lik texnoloji proses üzrə istehsal edilmiş “Kunpeng 920” prosessoru ilə təchiz edilib. ARM arxitekturası üzrə hazırlanmış çip maksimal takt tezliyi 2,6 QHs olan 4 və ya 8 nüvə ilə təchiz edilə bilər.
 
“Apple”dan fərqli olaraq, “Huawei” şirkəti ARM prosessoru ilə işləyən kompüteri standart komponentlərlə təchiz edib. İstifadəçi özü əməli və daxili yaddaşın tutumunu artıra bilər.
 
Kompüter 23,8 düymlük monitorla tədarük ediləcək. “MateStation B515” kompüterinin ilk partiyaları Çinin dövlət idarələrinə və korporativ sifarişçilərə satılacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL