waplog

“Samsung” şirkəti populyar “Galaxy Note” smartfonlar seriyasından imtina edəcək


“Samsung” şirkəti elastik ekranlı cihazlara görə “Galaxy Note” smartfonlar seriyasından imtina edə bilər. Bu barədə şəxsi mənbəsinə istinad edən Cənubi Koreyanın “Aju News” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, təqdim edilməsi 2021-ci ilin iyununa planlaşdırılmış “Galaxy Z Fold 3” qatlanan telefon populyar fabletlər seriyasını əvəz edəcək. Yeniliyin ekranı “Note” cihazının əsas özəlliyi olan “S Pen” elektron qələmlə işləməyi dəstəkləyəcək.

 

“Samsung” şirkətinin hesablamasına görə, elastik ekranlı smartfonun üçüncü nəsli istifadəçilər arasında populyar olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL