waplog

Hindistanda 40-dan çox Çin proqramı bloklanıb


Hindistan hakimiyyəti ölkənin müstəqilliyinə və bütövlüyünə, dövlət təhlükəsizliyinə və ictimai asayişə ziyan vuran 43 mobil tətbiqi bloklayıb. Bu barədə Hindistan hökumətinin Elektron və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, qadağan edilmiş proqramlar arasında Çinin “Alibaba Group” – “AliSuppliers”, “AliExpress”, “Alipay Cashier” şirkətlərinə məxsus tətbiqlər, həmçinin biznes proqramları və tanışlıq proqramları yer alıblar.

 

Qərarın “Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə üzrə koordinasiya mərkəzindən əldə edilmiş hesabatlar" əsasında qəbul edildiyi bildirilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL