waplog

“Windows 10” sistemində “Android” proqramlarının işə salınması funksiyası istifadəyə veriləcək


“Microsoft” korporasiyasında “Windows 10” masaüstü əməliyyat sisteminin yeni funksiyası üzərində işlənilir. Bu haqda öz mənbələrinə istinadən “Twitter”də insayder Zak Bouden məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, əməliyyat sistemi “Android” platformasının idarəetməsi altında işləyən qurğular üçün yaradılmış proqramları işə salmaq imkanı əldə edəcək. Proqram təminatı “Microsoft Store” onlayn proqramlar mağazasında yerləşdiriləcək, seçim isə 2021-ci ildə əlçatan olacaq.

 

İndi “Windows 10” əməliyyat sistemində “Your Phone” mobil tətbiqi vasitəsilə “Android” sistemi ilə işləyən smartfonlardan proqramları translyasiya etmək imkanı var. Ancaq istifadəçilər sözügedən proqram təminatındakı çoxsaylı natamamlıqlardan şikayət edirlər, həmçinin o, “Samsung” şirkətinin “Galaxy A”, “Galaxy S” və “Note” istehsal xətlərindən olan bəzi smartfonları dəstəkləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL