waplog

“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib


“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib. Bu barədə fransız kibertəhlükəsizlik mütəxəssisi Kleman Labroya istinadən “ZDNet” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, haker reyestrin açarlarını seçə, “Endpoint Mapper” və “DNSCache”dəki boşluqlar vasitəsilə sistemə müdaxilə əldə edə bilər. Bu komponentlər əməliyyat sisteminin quraşdırılması vaxtı istifadə olunur.

 

Söhbət "sıfır gün" boşluğundan gedir. “Microsoft” şirkəti öz köhnə sistemlərini dəstəkləməyi dayandırdığına görə aşkar edilmiş boşluğun aradan qaldırılması ehtimalı son dərəcə azdır.

 

“Microsoft” korporasiyası yanvarın 14-də “Windows 7” sisteminin dəstəyini dayandırıb və “Windows 10” sisteminin inkişafına köklənib. İstifadəçilər “Windows 7” sistemində işləməyə davam edə bilərlər, amma əməliyyat sistemi yeniləmələr almayacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL