waplog

“ZTE Blade V2021 5G” smartfonu təqdim edilib


“ZTE” şirkəti “ZTE Blade V2021 5G” adlı yeni smartfonunu təqdim edib. “MediaTek Dimensity” prosessoru əsasında işləyən ucuz aparatın özəlliyi beşinci nəsil şəbəkələrinin dəstəklənməsi, tutumlu akkumulyator və əməli yaddaşın tutumunun artırılması olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, cihaz 6,52 düymlük diaqonala malik və yeniləmə tezliyi 60 hers olan IPS displeylə təchiz edilib. Aparat “5G” modemlə təchiz edilmiş “MediaTek Dimensity 720” mobil platformasına malikdir. Smartfon iki yaddaş konfiqurasiyasında əlçatandır: 4/64 QB və 6/128 (“microSD” yaddaş kartının köməyi ilə 512 QB-dək artırmaq mümkündür). Model “Bluetooth 5.1”, “Wi-Fi 802.11ac” modulları, həmçinin “USB Type-C” portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektorla təchiz edilib.
 
Qurğunun arxa kamerası üç sensordan ibarətdir: 48 mp-lik f/1.79 diafraqmalı əsas, 8 mp-lik genişbucaqlı və makroçəkiliş üçün 2 mp-lik sensor. Selfi modul 8 mp-lik bir sensordan ibarətdir. “ZTE Blade V2021 5G” cihazı 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Fiziki ölçüləri 165,9x75,8x8,9 mm, ağırlığı 188 qram olan cihaz 3 rəngdə əlçatandır: boz, göy və gümüşü. Smartfonun qiyməti konfiqurasiyadan asılı olaraq 152 və 213 dollar təşkil edir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL