waplog

“Apple” şirkəti “iPhone 11” sahibləri üçün nasaz ekranları pulsuz əvəz edəcək


“Apple” şirkəti “iPhone 11” ekran modullarının pulsuz dəyişdirilməsi proqramını istifadəyə verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "Apple şirkətinin nümayəndəsi aydınlaşdırıb ki, “iPhone 11” ekranlarının az bir hissəsi ekran modulu ilə bağlı problemlərə görə toxunuşlara reaksiya verməyə bilər… Əgər sizin “iPhone 11” qurğusunda bu problem müşahidə olunursa, cihazınızın proqramda iştirakının uyğun olub-olmadığını müəyyənləşdirmək üçün seriya nömrəsinin yoxlanılması vasitəsindən istifadə edin. Bu halda “Apple” və ya onun səlahiyyətli xidmət tədarükçüləri sizə bu xidməti pulsuz göstərəcəklər" – “Apple” şirkətindən bildirilib.
 
Məlumata görə, nasazlıq 2019-cu ilin noyabrından 2020-ci ilin mayınadək olan müddətdə istehsal edilmiş qurğularda aşkar edilib. Ekranların dəyişdirilməsi proqramı yuxarıda göstərilmiş dövrdə istehsal edilmiş “iPhone 11” cihazları üçün nəzərdə tutulub və bu modelin ilk pərakəndə satışından sonra 2 il ərzində davam edəcək. Bu proqram bütün dünyada keçərlidir.
 
1976-cı ildə təsis edilmiş “Apple” şirkəti fərdi və planşet kompüterləri, audiopleyer, telefonlar, "ağıllı” saat və proqram təminatı istehsalı ilə məşğul olur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL