waplog

Smartfon və düyməli telefonlar bazarında illik azalma davam edir


“Counterpoint Research” tədqiqat şirkəti qlobal mobil telefonlar bazarında vəziyyəti əks etdirən yeni infoqrafika dərc edib. 2020-ci ilin üçüncü rübü üzrə hesabat smartfon və düyməli qurğular (feature phone) seqmentlərinə bölünərək təqdim edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Counterpoint” şirkəti tərəfindən təqdim edilmiş məlumatlar mobil sektorda saxlanılan mənfi illik dinamikadan xəbər verir. 2020-ci ilin iyul-sentyabrında smartfonların tədarük həcmi 2019-cu illə müqayisədə 4% azalaraq 366 milyon olub, düyməli telefonların tədarük həcmi isə 17% azalaraq 74 milyon təşkil edib.
 
Hindistanın smartfonlar bazarında müsbət trendlər xüsusilə nəzərə çarpır, mütəxəssislər illik hesablama üzrə 9% və əvvəlki rüblə müqayisədə isə 188% artım qeydə alıblar. Bundan başqa, MEA (Yaxın Şərq və Afrika) regionunda tədarük həcmi 2019-cu illə müqayisədə 2% artıb.
 
“Samsung” şirkəti ötən rüb 80,4 milyon qurğu tədarük edərək smartfonlar bazarının lideri adını özünə geri qaytarıb. Ötənilki göstəricilərlə müqayisədə artım 3% təşkil edib, 3 aylıq artım isə 48% olub. Mütəxəssislər Cənubi Koreya şirkətinin bazar payını 22% səviyyəsində qiymətləndiriblər.
 
Yaxın Şərq və Afrika isə düyməli telefonların ən böyük regional bazarı olaraq qalır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL