waplog

“iPhone 13”ün təqdim ediləcəyi tarix bəlli olub


2021-ci ildə “Apple” şirkəti yeni smartfonların ənənəvi təqdimat müddətinə geri qayıtmağı planlaşdırır. “9to5mac” nəşri şirkətin investorları üçün nüfuzlu analitik Minq-Çi Kuonun proqnozuna istinad edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, söhbət 2021-ci ilin payızında təqdim ediləcək növbəti “iPhone 13” seriyasından gedir. Hər şey “Apple” şirkətinin planına uyğun olsa, “iPhone 12”də olduğu kimi gecikmə olmayacaq. Smartfon 2021-ci il sentyabrın əvvəlində təqdim ediləcək.

Bundan başqa, ABŞ şirkəti öz podratçısı “TSMC” ilə birgə yeni prosessor istehsalına hazırlaşır. Çox güman ki, o, “Apple A15 Bionic” adlandırılacaq. Çip və onun xüsusiyyətləri haqqında informasiya hələ ki yoxdur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL