waplog

Çində “Alibaba” şirkəti ilə bağlı antiinhisar araşdırmalarına başlanılıb


Çinin bazarın tənzimlənməsi üzrə dövlət idarəsi ölkənin ən böyük elektron ticarət platformalarının sahibi “Alibaba Group” şirkəti ilə bağlı antiinhisar araşdırmalarına başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, “Alibaba Group” bazarın tənzimlənməsi üzrə dövlət idarəsindən inhisarçılıq fəaliyyətində şübhə ilə bağlı araşdırmaların başlanması haqqında bildiriş alıb. “Alibaba” tənzimləyici orqan tərəfindən təhqiqatın aparılmasına fəal kömək edəcək. Hazırda şirkət adi rejimdə fəaliyyətini davam etdirir”, – məlumatda bildirilir.
 
Çin hakimiyyəti şirkəti “Alibaba” platformalarından istifadə edən satıcılara təzyiq göstərməkdə şübhəli bilir. Məsələn, “Alibaba” tərəfdaşları satıcılara məhsulları rəqiblərə təklif etməyi qadağan edən əməkdaşlıq haqqında eksklüziv müqavilələr imzalamağa məcbur edir.
 
Araşdırmaların başlanması ilə bağlı məlumatlar fonunda dekabrın 24-də Honkonqda “Alibaba Group” səhmlərinin dəyəri 8 faizdən çox ucuzlaşıb.
 
Qeyd edək ki, “Alibaba” ilə bağlı araşdırmaların aparılması Çin hakimiyyəti şirkət rəhbəri Cek Maya ölkəni tərk etməməyi tövsiyə etdikdən bir gün sonra məlum olub.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL