waplog

“WhatsApp” tarixi rekorda imza atıb


Dünyada “WhatsApp” messencerinin istifadəçiləri Yeni il bayramı ərəfəsində edilən zənglərin sayına görə tarixi rekord müəyyənləşdiriblər. Yeni nailiyyət barədə “Facebook” şirkətinin dərc etdiyi press-relizdə deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, istifadəçilər 1,4 milyarddan çox səsli və videozəng ediblər. “Facebook” əməkdaşları qeyd edib ki, bayramqabağı dövrdə servislər adətən çox yüklənir. Bununla belə, bu göstərici indiyədək “WhatsApp” tərəfindən qeydə alınan ən yüksək göstərici olub.

 

Analitiklərin sözlərinə görə, ünsiyyət çatlarının populyarlığı insanların sosial distansiyaya baxmayaraq rabitə əlaqəsi saxlamaqlarını tələb edən koronavirus pandemiyası ilə əlaqədardır.

 

“Facebook” şirkətinin meneceri Keytlin Benford bildirib ki, bu tendensiya 2020-ci ilin martında yaranıb. Bayram ərəfəsində texniki mütəxəssislər tərəfindən əlaqə saxlayan və “dünyanın 2021-ci ildə zəng etməsi” üçün istənilən problemi həll etməyə hazır olan komandalar təşkil edilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL