waplog

2020-ci ilin ən davamlı smartfonu bəlli olub


"JerryRigEverything" adlı "YouTube" kanalının aparıcısı Zak Nelson tərəfindən dərc edilmiş yeni çarxda ötən ilin ən dayanıqlı smartfonu elan edilib. Xatırladaq ki, bloqerin kanalı smartfonların təhlili və davamlılıq üzrə sınaqların keçirilməsi ilə bağlıdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, məsələn, müəllif tərəfindən keçirilmiş sınaqların nəticəsinə görə, "Google Pixel 4a" ötən ilin ən davamlı smartfonu olub. "OnePlus Nord" aparatı isə ən davamsız smartfon elan edilib.

 

Bundan başqa bloqer ötənilki yenilikləri təmirə yararlılıq baxımından qiymətləndirib. "Google Pixel 5" aparatı bu kateqoriya üzrə lider olub.

 

Müəllifin fikrincə, "BlackShark 3" smartfonunun təmiri vaxtı daha çox problem yarana bilər.

 

"ZTE Axon 20" modeli ekranın altında yerləşdirilmiş selfi kameraya görə ən innovativ model, "iPhone 12 Pro Max" isə ən cəlbedici qurğu olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL