waplog

Malayziyalı mühəndislər ananasdan hazırlanmış dronları nümayiş etdiriblər


Müasir elektronikanın böyük hissəsi ətraf mühitə mənfi təsir göstərən plastik materialdan hazırlanır. Malayziyalı mühəndislər pilotsuz təyyarələrin istehsalı üçün ananas yarpaqlarından əldə edilmiş ekoloji cəhətdən təmiz tullantılardan istifadəyə qərar veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, malayziyalı tədqiqatçılar qrupu ananas yarpaqlarından əldə edilmiş tullantıları möhkəm materiala çevirməyə imkan verən işçi metodu nümayiş etdiriblər. Onların sözlərinə görə, əldə edilmiş liflər dronlar üçün ucuz komponentlər hazırlamağa çox uyğundur. Bundan başqa, gələcəkdə belə texnologiya aerokosmik sənayedə də tətbiq edilə bilər.

 

Mühəndislər əmin edirlər ki, biokompozit materialdan hazırlanmış dronlar sintetik liflərdən hazırlanmış analoqlarla müqayisədə daha möhkəmdirlər. Yeni materialın daha bir üstünlüyü onun ekoloji cəhətdən təmiz olmasıdır, bu da sıradan çıxmış hissələri daha asan utilizasiya etməyə imkan verəcək.

 

İlk prototiplər artıq sınaqdan keçirilib və 1000 m-dək yüksəkliyə qalxaraq havada 20 dəqiqə qalır. Tədqiqatçılar dronların ölçüsünü, həmçinin daşıya biləcəyi yükü artırmağı planlaşdırırlar. Bu, onların tətbiq sahələrini genişləndirməyə, həmçinin avtonom iş müddətini yüksəltməyə imkan verəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL