waplog

“Galaxy S21” smartfonunun təqdimetmə vaxtı bəlli olub


Cənubi Koreyanın “Samsung” şirkəti yeni “Galaxy S21” smartfonlarının təqdim ediləcəyi tədbirin vaxtını rəsmi elan edib. Onlayn formatda keçiriləcək tədbir müxtəlif platformalarda translyasiya ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy Unpacked 2021” tədbirinin keçirilməsi 14 yanvar tarixində Bakı vaxtı ilə saat 19:00-a planlaşdırılıb. Tədbirdə yeni qabaqcıl “Galaxy S21” smartfonları və başqa qurğular təqdim ediləcək.

 

“Samsung”un istehsalı olan bütün qabaqcıl smartfonların aktiv stilus dəstəyinə malik olacağı gözlənilir. Smartfonlar AMOLED texnologiyası üzrə hazırlanmış yüksək hersli ekranlar, “Snapdragon” və “Exynos” prosessorları ilə təchiz ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL