waplog

Smartfonlar üçün 200 meqapiksellik kameralar təqdim ediləcək


“Samsung” şirkəti 2021-ci ildə rekord təsvir ölçülü kameraya malik smartfonunu təqdim edəcək. Bu haqda öz “Twitter” mikrobloqunda “Ice Universe” şəbəkə insayderi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, nüfuzlu mütəxəssisin sözlərinə görə, Cənubi Koreya şirkəti kameralar üçün 200 meqapiksellik təsvir ölçüsünə malik sensor hazırlayır. Sensor “ISOCELL” tərəfindən istehsal ediləcək. “Ice Unvierse” şəbəkə insayderi belə kameraya malik smartfonların çıxarılma müddətini dəqiqləşdirməyib, amma bildirib ki, tezliklə 200 mp-lik kameralar əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL