waplog

İstifadəçi haqqında daha çox məlumat toplayan yeni barmaq izləri skaneri istifadəyə verilib


ABŞ-ın “Qualcomm” şirkəti tezliklə smartfonlarda tətbiq ediləcək yeni nəsil ultrasəs barmaq izləri skanerlərini elan edib. Bu texnologiya Las-Veqasda keçirilən “CES 2021” sərgisində mükafata layiq görülüb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Qualcomm 3D Sonic Sensor Gen 2” ultrasəs sensoru birinci nəslin əsas üstünlüklərini (barmaq izinin sürətli tanınması və hətta yaş barmaqların etibarlı skan edilməsi) qoruyub saxlayıb.

 

Ekranın altına quraşdırılacaq yeni skaner artıq 2021-ci ilin əvvəlində qabaqcıl smartfonlarda tətbiq ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL