waplog

Olimpiya qaçıcısı eBay vasitəsilə sponsor tapıb


Britaniyanın yüngül atleti Ceyms Ellinqton eBay internet mağazası vasitəsi ilə sponsor tapıb. Sponsor 2012-ci il Londonda keçiriləcək Olimpiadada onun iştirakı ilə bağlı xərclərə 32550 funt sterlinq (50 min dollardan çox) ödəməyə hazırdır. Bu barədə "BBC" bildirib.

Sağlamlıqla bağlı 4 il davam edən problemlərə görə Ellinqtonun heç bir sponsoru qalmamışdı. Bununla əlaqədar olaraq o, özünü eBay hərracında “lot” kimi qoymuşdu.

26 yaşlı qaçıcı 100 və 200 metr məsafələrdə, həmçinin estafetdə çıxış edir. 2011-ci ildə Ellinqton 200 metr məsafəni 20,52 saniyə ərzində qaçaraq  Böyük Britaniyada rekord vurub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL