waplog

“Apple” qeyri-adi kameralara malik qatlanan “iPhone” hazırlayacaq


“Apple” korporasiyası elastik korpusa malik smartfonun üzərində işləyir. ABŞ şirkətinin yeni patenti haqqında “PatentlyApple” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, patentdə panorama görüntüsü əldə etmək üçün bir neçə kameradan istifadə haqqında məlumat verilir. Fotosensorlar elastik korpusa birləşdiriləcək ki, bu da sensorlar üçün müxtəlif baxış bucağını təmin edəcək. Sözügedən qurğu, həmçinin qatlanan ekrana malik olacaq.

 

“Apple”ın istehsalı olan ilk elastik smartfonun təqdimetmə tarixi açıqlanmır, sadəcə, patent bu texnologiyaya işarə edir. Çox güman ki yaxın gələcəkdə qatlanan “iPhone” cihazı təqdim ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL