waplog

“LG” smartfonları “Windows 10” sistemli kompüterə qoşulacaq


"Microsoft Your Phone" proqramı əksər "Windows 10" istifadəçiləri üçün faydalı olaraq onlara "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları fərdi kompüterə qoşmağa imkan verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, uyğunluq təşkil edən qurğuların sayı məhdud olduğundan "LG" şirkəti tərəfindən "Windows 10" üçün "LG" smartfonunun kompüterə qoşulması üçün nəzərdə tutulan mobil əlavə buraxılıb.

 

Başqa sözlə, Cənubi Koreya nəhəngi "Microsoft" tərəfindən "LG" smartfonlarının bir sıra "Samsung" modellərinin yer aldığı dəstəklənən qurğular siyahısına daxil edilməsini gözləməyərək hazırda "Microsoft Store" mağazasında mövcud olan öz servisini istifadəyə verib.

 

Yeni proqram "Virtoo" adlanır. Smartfon və kompüterin birləşdirilməsi üçün "Bluetooth"dan istifadə olunur. Nəticədə istifadəçilər smartfonun müəyyən funksiyalarından birbaşa kompüterdən yararlana biləcəklər.

 

Yeni "Virtoo" proqramı istifadəçilərə kompüterdən bildirişlər göndərməyə, telefonda saxlanılan fayllardan istifadəyə, zənglər etməyə, eləcə də monitora smartfonun ekranının oxşarını daxil etməyə imkan verəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL