waplog

“Instagram”da silinmiş nəşrləri bərpa etmək mümkün olacaq


"Instagram" sosial şəbəkəsində yaxın vaxtlarda silinmiş nəşrləri bərpa etmək funksiyası istifadəyə verilib. Bu haqda xidmətin mətbuat xidməti öz bloqunda məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, "biz sizə öz kontentinizi idarə etməyə imkan verəcək "yaxın vaxtlarda silinmiş" funksiyasını təqdim edirik. Məlumata görə, "stories"i gün ərzində bərpa etmək mümkün olacaq, bütün digər yazılar 30 günədək saxlanılacaq.

 

Sosial şəbəkə, həmçinin hakerləri hesablara müdaxilə və nəşrləri silmək imkanından məhrum etmək üçün əlavə işlər görüb. Xidmət bu və ya digər yazının tam silinməsi üçün əlavə yoxlama tələb edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL