waplog

Əfsanəvi “Nokia” telefonu yenidən buraxılacaq


“HMD Global” şirkəti əfsanəvi düyməli “Nokia” telefonunun yeni versiyasını buraxacaq. Bu barədə “Mobiltelefon” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, planlaşdırılan qurğu 2003-cü ildə təqdim edilən “Nokia 3650” telefonunun yenilənmiş versiyası olacaq. Telefon şirkətin dizaynlı modelləri sırasına daxildir – qeyri-adi dizayna malikdir. Qurğu aşağı hissəsində dairəvi şəklə salınmış fiziki klaviaturanın yerləşdiyi rəngli ekranla buraxılıb.

 

Jurnalistlər şirkət tərəfindən yenilənmiş qurğunun orijinal tərtibatının qorunub saxlanacağı və hansı xüsusiyyətlərlə təchiz ediləcəyi barədə məlumata malik deyillər. Mənbələrin məlumatına görə, qiyməti barədə məlumat verilməyən qurğunun nümayişi yaxın həftələr ərzində baş tuta bilər.

 

Qeyd edək ki, 2003-cü ilin fevralında satışa çıxarılan “Nokia 3650” telefonu 176х208 piksel təsvir ölçülü ekran, videoyazı imkanlı 0,3 meqapikselli əsas kamera, 4 giqabaytlıq quraşdırılmış yaddaş, infraqırmızı port və “Bluetooth” ilə təchiz edilib.

 

Şirkət bundan əvvəl də klassik “Nokia” telefonlarının yenilənmiş versiyalarını buraxıb. Belə ki, 2020-ci ilin noyabrında “HMD Global” şirkətinin “Nokia 8000 4G” smartfonunu buraxmaq niyyətində olması açıqlanıb. O, mahiyyət etibarilə 2000-ci illərin populyar “Nokia 8800” telefonunun yenilənmiş versiyası olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL