waplog

Ucuz “iPhone SE” aparatının təqdim ediləcəyi vaxt məlum olub


"Apple" 2021-ci ildə yeni ucuz "iPhone" təqdim etməyi planlaşdırmır. Bu haqda "JP Morgan"ın analitik Uilyam Yanqa istinadən "Wccftech" nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, şirkət artıq "iPhone SE" aparatının üçüncü nəsli üzərində işləyir və tədarükçülər smartfon komponentləri üçün təchizat hazırlayırlar. Ancaq yeni ucuz smartfon 2022-ci ilin əvvəlində təqdim ediləcək.

 

Yeni "SE" smartfonunun görünüşü 2018-ci ildə təqdim edilmiş "iPhone XR" stilində işlənəcək. Bundan başqa, "Apple" şirkəti populyar "iPhone 11" stilində hazırlanmış daha bir əlçatan smartfon təqdim etməyi planlaşdırır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL