waplog

Avstraliyada dünyada ən böyük akkumulyator quraşdırılacaq


2017-ci ildə Elon Mask Avstraliyada o dövr üçün 150 mvt gücündə akkumulyator quraşdırmışdı. Bu yaxınlarda Viktoriya ştatında 300 mvt gücündə akkumulyatorun yaradılması elan edilib. Lakin yeni iddialı layihə isə rekord 1,2 Qvt gücündə akkumulyator quraşdırmağı nəzərdə tutur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “CEP Energy” şirkəti Avstraliyanın cənub-şərqindəki Yeni Uelsdə indiyədək insan tərəfindən hazırlanmış ən böyük akkumulyator quraşdırmağa hazırlaşır. Onun gücü rekord 1,2 qiqavat təşkil edəcək.

 

Nəhəng akkumulyator Kurri-Kurri şəhərinin yaxınlığında yerləşəcək. Məlumata görə, yeni obyekt 2023-cü ilədək istismara veriləcək: nəhəng akkumulyator blokları şəklində olan modullar tədricən qoşulacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL