waplog

Avropa Kosmik Agentliyi yeni astronavtlar seçiminə başlayacaq


Avropa Kosmik Agentliyi (ESA) on bir ildə ilk dəfə martda yeni astronavtlar seçiminə başlayacaq. Bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, son on bir ildə ilk dəfə Avropa Kosmik Agentliyi yeni astronavtlar axtarışına çıxıb. Yeni astronavtlar Avropa kosmosun mənimsənilməsində yeni dövrə daxil olan zaman fəaliyyətdə olan astronavtlarla birgə çalışacaqlar.

 

Astronavtların qəbulu 31 Mart – 28 May 2021-ci il tarixinədək aparılacaq. Bundan sonra namizədlərin seçim prosesi başlayacaq.

 

Təşkilat qadınları müsabiqədə daha fəal olmağa çağırıb. “Biz sıralarımızda gender müxtəlifliyini genişləndirməyə çalışırıq. Bu seçim prosesi ilk addımdır və mən səbirsizliklə agentliyin yaxın illərdə beynəlxalq tərəfdaşlarla birlikdə kosmik tədqiqat və innovasiyanın bütün sahələrində necə inkişaf edəcəyini gözləyirəm”, – Avropa Kosmik Agentliyinin baş direktoru Yohan-Ditrix Verner qeyd edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL