waplog

“Sony” şirkəti 2 gün ərzində 321 min “PS Vita” konsolu satıb


“Sony” şirkəti 2 gün ərzində Yaponiyada 321,4 min “PS Vita” oyun konsolu satmağı bacarıb,- “Enterbrain” tədqiqat şirkətinə istinadən “Röyters” agentliyi xəbər verib.

Bu göstərici “Nintendo 3DS” konsolunun satışları ilə  müqayisədə cüzi azdır. Belə ki, “Nintendo 3DS” konsolunun ilk gündə 371 min nüsxəsi satılmışdı. Lakin, sonrakı günlərdə “3DS” konsoluna tələbat kəskin azalmışdı.

Başlanğıcda oyun konsolunun alıcıları üçün 24 oyun əlçatandır. Lakin, “Sony” rəhbərliyi inkar etmir ki, konsola yüksək tələbatı yaxın bir neçə il ərzində  saxlamaq daha çətin məsələ olacaq.

Yapon korporasiyası, həmçinin “PS Vita” alıcılarından üzr istəyib. Belə ki qurğuda "dayanmalar" olub. Korporasiya nasazlıqları aradan qaldıran düzəltmə paketi çıxarıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL