waplog

Dünyanın kiçik audiopleyeri


Sinqapurun “Bluetree Electronics” şirkəti “CES 2012” (Las-Veqas, Nevada, ABŞ) sərgisində “Kube2” yığcam “MP3” pleyerini təqdim etmək niyyətindədir.

Qurğu təxminən 25 mm til uzunluğuna malik olan kub formasında hazırlanıb. Tillərdən birində musiqi parçalarını dəyişdirməyə, gurluğu tənzimləməyə və jestlər vasitəsi ilə musiqini dayandırmağa və ya oxumağa imkan verən sensor panel yerləşdirilib.

Qulaqlıqların qoşulması üçün 3,5 mm “yuva” var.“Bluetree” şirkətinin bəyanatına əsasən, “Kube2” – dünyada sensor idarəetmə ilə olan ən kiçik audiopleyerdir.

Akkumulyator batareyası 6 saat musiqiyə qulaq asmağa imkan verir. Qidalandırma “USB”-portu vasitəsilə həyata keçirilir.

Audio materialların saxlanılması üçün “MicroSD” formatlı kartlardan istifadə edilir; tədarük dəstinə 4 QB tutumlu daşıyıcı daxildir. Mini-pleyerin qiyməti  təxminən 35 dollardır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL