waplog

“Xiaomi” smartfonları üçün “MIUI” interfeysinin yeni proqram təminatı istifadəçiləri məyus edib


“MIUI 12.5” interfeysinin qlobal versiyası Çin analoqu kimi funksional deyil. Bu haqda “NotebookCheck” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Xiaomi” şirkəti “Android” əməliyyat sistemi üçün interfeysini qlobal sınaqdan keçirir. Şirkət bəzi smartfonlar üçün “MIUI 12.5” interfeysini artıq əlçatan edib. Sözügedən interfeysin qlobal variantında daha az optimallaşdırma (Çin versiyasında enerji istehlakı və əməli yaddaşdan istifadə daha azdır) edildiyi məlum olub.

 

Bundan başqa, “MIUI 12.5” interfeysinin qlobal versiyasında yeni funksiyalar yoxdur. Məsələn, kompüterlə işləmək üçün “MIUI ” rejimi, yeni sistem səsləri və animasiyaların seçilməsi və taktil əks-əlaqə sistemi ləğv edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL