waplog

Çində kvant kompüterləri üçün əməliyyat sistemi hazırlanıb


Çinin “Origin Quantum” startapı kvant kompüterləri üçün “Origin Pilot” əməliyyat sistemini nümayiş etdirib. Məlumata görə, sözügedən əməliyyat sistemi kvant hesablamalarının sürətini bir neçə dəfə artıra bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Origin Pilot” adlı yeni əməliyyat sistemi kvant resurslarının idarə edilməsi və paralel hesablamalar üçün optimallaşdırılıb. Şirkətin bəyanatına görə, sistem, həmçinin kvant çiplərini avtomatik kalibrləyə bilər.

 

Yeni əməliyyat sisteminin kvant hesablamasının bulud platformasında tətbiq ediləcəyi və bütün istifadəçilər üçün əlçatan olacağı qeyd edilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL