waplog

“Huawei” oyun konsolu buraxacaq


"Huawei" şirkəti oyun qurğuları bazarında iştirakını genişləndirə bilər. Bu barədə "Huawei Central" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta " resursuna istinadən yazır ki, blogerlərin hesabatına görə, Çin korporasiyası oyun konsolu buraxmaq niyyətindədir. Onun qlobal bazarın müvafiq seqmentlərinin liderləri – "Sony PlayStation" və "Microsoft Xbox" seriyaları ilə rəqabət aparacağı bildirilir. Konsolun konkret texniki xüsusiyyətləri açıqlanmır. Jurnalistlər "Huawei" tərəfindən konsolun buraxılış senarisini mümkün qiymətləndirir.

 

Həmçinin şirkət oyun həvəskarları üçün nəzərdə tutulan noutbuk model sırasını genişləndirəcək. Jurnalistlər keçmiş "Huawei" törəmə şirkəti tərəfindən 2020-ci ildə buraxılan "Honor Hunter" oyun modelinin buraxılışını xatırladıblar. Şayiələrə görə, "Huawei" oyun həvəskarları üçün ilk fərdi kompüterin buraxılışını planlaşdırsa da, onu 2021-ci ilə təxirə salıb.

 

Çin korporasiyası 2021-ci ilin əvvəlində "MateBook X Pro" və "MateBook 13" və "MateBook 14" noutbuk modellərini buraxıb. Onlar konkret olaraq oyun seqmenti üçün nəzərdə tutulmasa da, yüksək məhsuldarlığa malik "Intel" seriyalı on birinci nəsil prosessorlar üzərində qurulub. Bundan başqa, "Huawei" tərəfindən "AMD" çipləri əsasında noutbuk təqdim ediləcəyi gözlənilir.

 

Bir müddət əvvəl "Sony" və "Microsoft" korporasiyaları üçün prosessorların tədarükü ilə məşğul olan "AMD" şirkətinin rəhbər şəxsləri konsollar bazarında defisitin mövcudluğunu etiraf ediblər. İstehsalın tələbata cavab verməməsi səbəbindən oyun məhsulları üçün defisitin minimum ilin sonunadək davam edəcəyi proqnozlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL